Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr seçkisi baş tutub
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Nizami Kino Mərkəzində keçirilən konfransında qurumun rəhbərliyi ilə bağlı qərar qəbul edilib.
Konfrans iştirakçılarının səsverməsi nəticəsində Xalq artisti Şəfiqə Məmmova AKİ-nin yeni sədri seçilib.
Xatırladaq ki, Şəfiqə Məmmovanın namizədliyi bundan əvvəl sədr vəzifəsinə irəli sürülmüşdü. Son olaraq Xalq artisti Həmidə Ömərovanın da namizədliyi irəli sürülüb.
AKİ-nin əvvəlki sədri Rasim Balayev martın 29-da vəfat etdikdən sonra sədrin səlahiyyətlərini Şəfiqə Məmmova icra edirdi.
Qurumun katibi Əli İsa Cabbarov da sədrliyə namizədlər sırasında olub. O, ötən ay namizədliyini geri götürdüyünü və işdən çıxmaq üçün ərizə verdiyini açıqlayıb.
Konfransda, həmçinin Prezident İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev səsləndirib. Sənəddə Azərbaycan kinosuna göstərilən dövlət diqqəti və qayğısına görə Prezidentə təşəkkür ifadə olunub.
