Cem Yılmazın səhhəti ilə bağlı yeni xəbər
53 yaşlı aktyor və komediyaçı Cem Yılmaz səhhətində yaranan narahatlıq səbəbilə yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
Anjioqrafiyadan keçirilən sənətçi iki gün müddətində xəstəxanada müalicə və həkim nəzarətində olub. Daha sonra evinə yola düşən Cem Yılmaz ilk olaraq ailəsinin yanına gedib.
Məşhur komediyaçı anası Sebahat Yılmaz, atası Arif Yılmaz, qardaşı Can Yılmaz və bacısı Özgə Çeviklə görüşüb.
Cem Yılmazın müalicə və bərpa prosesinin davam etdiyi bildirilib. O, sosial media hesabında atası ilə nərd oynayarkən çəkilmiş görüntüləri də paylaşıb.
Sosial şəbəkələrdə paylaş
