“Aşk-ı Memnu”nun “Arsen xanımı” xəstəliklə mübarizə aparır
Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncerin ağır xəstəliklə mübarizə apardığı açıqlanıb.
81 yaşlı sənətçinin səhhəti ilə bağlı məlumatı “Film-San” Fondu yayıb. Fond sosial media hesabında etdiyi paylaşımda Gülsen Tuncer üçün dualar edildiyini və ona şəfa diləndiyini bildirib.
1945-ci il təvəllüdlü aktrisa uzun illər ərzində müxtəlif film və seriallarda rol alıb. O, “Aşk-ı Memnu” serialında canlandırdığı “Arsen xanım” obrazı ilə geniş tamaşaçı auditoriyasına tanışdır.
Gülsen Tuncer həmçinin bəstəkarlıq və pedaqoji fəaliyyətlə məşğul olub. Sənətçi “Soğuktu ve Yağmur Çiseliyordu” və “Bir Tren Yolculuğu” filmlərindəki ifasına görə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatlarını qazanıb.
Sosial şəbəkələrdə paylaş
