Aleksandr Şarovskinin həyat yoldaşı: “O, əsl bakılı idi”
“Aleksandr əsl bakılı idi, o, Azərbaycanı çox sevirdi”.
Bunu Xalq artisti Aleksandr Şarovskinin həyat yoldaşı Natalya Şarovskaya mərhum sənətçinin vida mərasimində deyib.
N.Şarovskaya bildirib ki, Aleksandr Şarovski ömrünün böyük hissəsini teatr sənətinə həsr edib və onun inkişafına töhfə verib.
“Mənim üçün danışmaq çox çətindir. Sadəcə deyə bilərəm ki, o, çox yaxşı insan idi. Aleksandr ömrünün böyük hissəsini teatra həsr edib, onun inkişafına xidmət göstərib. O, teatra çox bağlı insan idi. Teatr onun həyatı idi”, - deyə N.Şarovskaya qeyd edib.
Mərhum sənətçinin həyat yoldaşı Aleksandr Şarovskinin səhhətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Sosial şəbəkələrdə paylaş
