
Tanınmış modelyer Leyla Əhmədova saxlanılıb.
Məlumata görə, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham edilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Leyla Əhmədova barəsində 3 aylıq həbs qətimkan tədbiri müəyyənləşdirilib.