İlham Mirzəyev kardioreanimasiya şöbəsində müalicə olunur
Teleaparıcı İlham Mirzəyev xəstəxanada müalicə olunur.
Mərkəzi Klinikanın məlumatına görə, teleaparıcı miokard infarktı və kardiogen şok diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.
Bildirilib ki, xəstəyə angioplastika əməliyyatı aparılıb və stent qoyulub. Hazırda onun vəziyyəti ağır-stabil olaraq qalır.
İ.Mirzəyevin müalicəsi kardioreanimasiya şöbəsində həkim nəzarəti altında davam etdirilir.
Xatırladaq ki, İlham Mirzəyev bir müddət əvvəl sosial şəbəkədəki paylaşımında səhhətinin yaxşı olmadığını açıqlayaraq onun üçün dua edilməsini istəyib.
Sosial şəbəkələrdə paylaş