Çinin “süni günəş”ində kritik mərhələ
Çin nüvə sintezi üzrə BEST (“süni günəş”) layihəsində növbəti mühüm mərhələyə keçib.
Anxoy əyalətinin Xefey şəhərində yaradılan və BEST təcrübə reaktorunu özündə birləşdirən tədqiqat şəhərciyi tam təhvil verilib.
CCTV-nin məlumatına görə, hazırda reaktorun əsas qurğusunun montaj işlərinin yarıdan çoxu tamamlanıb. Növbəti mərhələdə reaktorun əsas komponentlərinin dəqiq şəkildə birləşdirilməsi və quraşdırılması həyata keçiriləcək.
Layihə üzrə tikinti və quraşdırma işlərinin 2027-ci ilin sonunda başa çatdırılması, nümayiş sınaqlarının isə 2030-cu ilə yaxın keçirilməsi nəzərdə tutulur.
Nüvə sintezi Günəşdəki enerji istehsalı prosesini Yer şəraitində təkrarlamağa imkan verən texnologiyadır. Prosesin əsas üstünlüklərindən biri təhlükəli tullantıların minimuma endirilməsi və böyük enerji potensialıdır.
BEST reaktorunda vakuum qabı, istilik qalxanı və plazmanı idarə etmək üçün güclü maqnit sahəsi yaradacaq maqnitlər quraşdırılır.
