Smart saatlar və fitnes-trackerlar yuxunu ölçmür, yalnız göstəriş verir

Smart saatlar, fitnes-bilekliklər və “ağıllı” üzük istifadəçiləri hər səhər yuxularının keyfiyyətini yoxlayır. Amma mütəxəssislər xəbərdarlıq edir: bu cihazlar yuxunu birbaşa ölçmür, yalnız hərəkət və ürək ritmi kimi göstəricilərdən təxmini hesablayır.
Alimlər bildirir ki, bu cihazlar yuxuya getmə və oyanma vaxtını nisbətən düzgün göstərir, amma yuxu fazalarını dəqiq müəyyən etmək üçün laboratoriya üsulları – EEG kimi birbaşa ölçmələr – hələ də vacibdir.
Neurolog Chantale Branson deyir ki, bəzi insanlar tətbiq nəticələrinə görə stres yaşayır, amma bir gecəlik göstərici yuxu keyfiyyətini tam əks etdirmir. Trackerlər daha çox uzunmüddətli tendensiyaları izləmək üçündür: yuxu yaxşılaşır, yoxsa pisləşir.
Praktik nümunələr də var: amerikalı müəllimə Kate Stoui “ağıllı” üzüyünün məlumatları sayəsində spirtin və gec yeməyin yuxusuna mənfi təsir etdiyini öyrənib və vərdişlərini dəyişdirib.
Lakin diqqətsizlik də mümkündür: bəzi insanlar göstəricilərə həddindən artıq bağlı olur və “orta səviyyədən aşağı yuxu” barədə narahatlıq keçirir – buna ortosomniya deyilir. Belə hallarda tracker faydadan çox zərər verə bilər.
Ekspertlər yekun olaraq bildirir ki, smart cihazlar yön göstərir, amma yuxu sağlamlığı haqqında qərarı həkimlə birlikdə insan özü verməlidir.