Navrotski Ərdoğana qılınc bağışladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşa Prezidenti Karol Navrotski arasında Nyu-Yorkda görüş keçirilib.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Türkiyə mətbuatının yazdığına görə, Navrotski Ərdoğana polyak qılıncı hədiyyə edib.
Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bildirib ki, qılınc Ərdoğanın iyul ayında Navrotskiyə hədiyyə etdiyi revolverə cavab olaraq təqdim olunub.
“Ankarada revolver, Nyu-Yorkda isə polyak qılıncı”, - deyə Pşidaç sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, Ərdoğan NATO-nun Ankarada keçirilən sammiti zamanı Navrotskiyə üzərində onun adı həkk olunmuş revolver hədiyyə edib. Polşa Prezidenti isə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə liderinə qılınc təqdim edib.
Qeyd edək ki, Ərdoğan iyul ayında NATO sammitinin yekununda bəzi Avropa liderlərinə üzərində adları həkk olunmuş “Gümüşay” markalı revolverlər və döyüş patronları hədiyyə etmişdi.
