
Türkiyə kinosunun sevilən komediya filmlərindən “Şabanoğlu Şaban” üçün davam filmi hazırlanır.
Məlumata əsasən, “Şabanoğlu Şabanoğlu Şaban” adı ilə ekranlaşdırılacaq layihədə baş qəhrəmanı bu dəfə mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunal canlandıracaq.
1977-ci ildə tamaşaçılara təqdim edilən məşhur filmin yeni versiyası “Şaban” obrazının ikinci nəsil ekran macərəsi kimi təqdim olunur.
Filmin rejissorluğu Can Ulkaya həvalə edilib. Çəkilişlərin ayın sonunda start götürməsi nəzərdə tutulur.
Bununla yanaşı, ekran əsərinin aktyor heyətinin tamamlanması üçün danışıqların davam etdiyi bildirilir.