
Türkiyədə sosial mediada “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın saxlanılması ilə bağlı istintaq davam edir.
Türkiyə mediasının yaydığı məlumata əsasən, istintaq çərçivəsində Tançalanın həyat yoldaşı, sosial media fenomeni Çağla Öz də saxlanılıb.
Məlumata görə, Çağla Öz daha əvvəl 1,5 milyon izləyicisi olan “Instagram” hesabını bağlayıb. Hazırda həmin hesab axtarış zamanı görünmür.