
Rusiyalı reper Timati qızı Alisanın yeni ekran işində baş rolu atasının dəstəyi sayəsində aldığı barədə iddiaları təkzib edib.
“Газета.Ru”ya istinadən xəbər verir ki, Timati Alisanın kastinqdən digər namizədlər kimi keçdiyini bildirib.
O qeyd edib ki, qızının rol alması üçün heç kimə zəng etməyib və seçim prosesi obyektiv şəkildə aparılıb.
“Heç bir zəng olmayıb, hər şey dürüst olub”, - Timati vurğulayıb.