Tatyana Bulanova illər keçsə də anasının itkisi ilə barışa bilmir

Rusiyanın tanınmış müğənnisi Tatyana Bulanova şəxsi həyatı ilə bağlı kədərli etiraf edib. 57 yaşlı sənətçi bildirib ki, illər keçməsinə baxmayaraq, valideynlərinin itkisi ilə hələ də barışa bilmir.
Müğənni sosial şəbəkə hesabında anası Nina Pavlovnanın vəfatının doqquzuncu ildönümü münasibətilə duyğusal paylaşım edib. O, anasının yoxluğunun həyatında doldurulması mümkün olmayan bir boşluq yaratdığını yazıb.
“Deyirlər ki, zaman hər şeyi sağaldır. Amma əslində zaman sadəcə bu səssizliklə yaşamağı öyrədir. Səni, sevgini, qayğını və birlikdə keçirdiyimiz hər anı ürəyimdə yaşadıram. Bəzən elə istəyirəm ki, yanına gəlib içimdə olan hər şeyi sənə danışım”, – deyə Bulanova paylaşımında qeyd edib.
Sənətçinin səmimi sözləri izləyicilərini kövrəldib. Minlərlə pərəstişkarı ona dəstək mesajları yazaraq, öz valideyn itkiləri ilə bağlı xatirələrini bölüşüb və anaların hər zaman övladlarının qəlbində yaşadığını vurğulayıb.
Sosial şəbəkələrdə paylaş