Bill Qeyts Si Cinpinlə görüşmək istəyir
Microsoft-un qurucusu, amerikalı milyarder Bill Qeyts ilin sonunadək Çin lideri Si Cinpinlə görüşmək niyyətindədir. Görüşün yaxın aylarda baş tuta biləcəyi bildirilir.
Qeytsin sözlərinə görə, o, Si Cinpinlə görüş zamanı süni intellektin inkişafı ilə bağlı qlobal risklərin azaldılması üçün mümkün tədbirləri müzakirə etmək istəyir.
Amerikalı milyarder hesab edir ki, ABŞ bu istiqamətdə ilk addımı atarsa, Çin potensial təhlükəli süni intellekt modellərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsü dəstəkləyə bilər.
Qeyts süni intellekt texnologiyalarının inkişafını cəmiyyət üçün ciddi siyasi idarəetmə tələb edən mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.
O, Çinlə əməkdaşlığa maraq göstərməsinin səbəblərindən birinin isə Pekinin uşaqların süni intellektdən asılılığının qarşısının alınmasına xüsusi yanaşması olduğunu bildirib.
