Britaniyanın yeni baş nazirlik ofisində məşhur pişik Larriyə yer olmayacaq
Britaniyanın hökumət binalarının məşhur pişiyi, rəsmi baş siçanovlayan Larri, Mançesterdə Baş nazirin yeni ofisində məskunlaşmayacaq.
“Politico”nun yazdığına görə, Londondakı Dauninq-stritdə Larri binaya sərbəst şəkildə girib-çıxa bilir. Mançesterdəki Heron House binasında isə pəncə ilə idarə olunması mümkün olmayan kodlu qapı kilidləri quraşdırılıb.
Bununla belə, yeni iqamətgahın rəhbəri Kerolayn Simpson jurnalistlərə bildirib ki, binada Larrinin kartondan hazırlanmış təsviri yerləşdirilib.
Britaniya hökmdarlarının iqamətgahlarında pişiklərin saxlanılması ənənəsi XV əsrə gedib çıxır. Onlar 1929-cu ildən etibarən rəsmi statusa malikdir və ildə 100 funt sterlinq maaş alırlar.
Hazırda Dauninq-stritdə yaşayan 19 yaşlı Larri isə yeni baş nazir Endi Börnhə ilk “hədiyyəsini” də artıq təqdim edib – ölü siçan. Pişik bunu baş nazirin yeni kabinetinin ilk iclası keçirilən gün iqamətgahın girişində nümayiş etdirib.
