Yerdə zəif maqnit qasırğası başladı

Yerdə zəif maqnit qasırğası başlayıb. TASS agentliyinə verilən məlumata görə, yüksək enliklərdə geomaqnit sahəsində pozğunluq qeydə alınıb. Hazırda G1 səviyyəsində olan qasırğa zəif təsir göstərir.
Alimlərin proqnozuna görə, 17 yanvar tarixində Günəşdə fəallıq aşağıdan orta səviyyəyə qədər dəyişə bilər, lakin X sinifli, o cümlədən protonlu güclü partlayışlar da mümkündür.
16 yanvar tarixində Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası xəbər verib ki, Günəşdə tərs “1” rəqəmini xatırladan böyük koronal dəlik müşahidə olunub. Alimlər deyirlər ki, bu “rəqəmin” hündürlüyü təxminən bir milyon kilometrdir. Qeyd olunur ki, 2025-ci ilin ilk aylarında Günəşdə koronal dəliklər daha çox görünməyə başlayıb və bu, Günəş fəallığının pik dövrü ilə əlaqədardır.
Urbaninfo.az