Türkiyədə futbol üzrə qumar qalmaqalı: 200-dən çox məşqçi və menecer araşdırılır

Türkiyədə futbol üzrə qanunsuz mərclərlə bağlı genişmiqyaslı araşdırma davam edir. Siyahıya daha 200-dən çox məşqçi və klub meneceri əlavə olunub.
Ümumilikdə 212 turk futbol rəhbərinə idmandan kənarlaşdırılma təhlükəsi var. Urbaninfo.az xəbər verir ki, onlar son beş il ərzində mərclərdə iştirak etməkdə ittiham olunurlar. İşlər Disiplin Komitəsinə təqdim edilib, TRT Haber xəbər verir.
Məlumata görə, 108 məşqçi və 104 menecer klublarda tutduqları vəzifələr zamanı mərclərdə iştirak edib. Araşdırma keçən ilin sonundan etibarən Türkiyə futbolunda qeyri-qanuni mərclərlə bağlı aparılır və bu işdə ölkənin ən böyük klublarının funksionerləri, 500-dən çox hakim və 1000-dən artıq oyunçu iştirak edir.
Sosial şəbəkələrdə paylaş