Tərcümə: ABŞ desant gəmiləri Yaxın Şərqə yönəlir

ABŞ-ın üç desant gəmisi dəniz piyadaları ilə birlikdə Yaxın Şərqə gedir. Onlar bir həftə ərzində Ormuz boğazı ərazisinə çatacaqlar.
Britaniyanın The Sun nəşrinin yazdığına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç desant gəmisi – universal avia-desant gəmisi USS Tripoli, həmçinin iki desant-vertolyot gəmisi-dok USS San Diego və USS New Orleans – 2,2 min dəniz piyadası ilə birlikdə Yaponiyadan Ərəb dənizinə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə məsuliyyət zonası ərazisinə doğru hərəkət edir.
İran istiqamətinə gedən gəmilərdə 20 ədəd F-35B stealth döyüş təyyarəsi, MV-22 Osprey konvertoplanları və həm döyüş, həm də nəqliyyat vertolyotları yerləşdirilib.
Keçən həftə San-Diego şəhərindən Yaxın Şərqə başqa bir desant gəmiləri qrupu da yola çıxmış və onlar 10 gün ərzində Ərəb dənizinə çatacaqlar.
Hazırda Ərəb dənizində ABŞ avianosu USS Abraham Lincoln rəhbərliyində avianoslu hücum qrupu da mövcuddur.