Razi Nurullayevin qardaşının Rusiyada seçkilərə namizədliyi ilə bağlı foto-fakt yayıldı
![]()
2018-ci ilin yayında Vladimir Jirinovskinin lideri olduğu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) Leninqrad vilayəti üzrə regional şöbəsi Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin qardaşı Nurullayev Hüseyin Qulaməli oğlunun yerli bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
Urbaninfo.az xəbər verir ki, bununla bağlı foto-faktı xaricdə yaşayan azərbaycanlı bloger Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşıb. Fotoda Hüseyin Nurullayevin LDPR xətti ilə namizəd kimi təqdim edildiyi bildirilir.
Qeyd edək ki, Razi Nurullayevin qardaşı Hüseyin Nurullayev son günlər başqa bir məsələ ilə də gündəmə gəlib. Belə ki, onun yaxın günlərdə Dubayda övladına dəbdəbəli toy mərasimi keçirməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.