Türkiyə Müdafiə Nazirliyi PKK-ya silahı yerə qoymaq çağırışı etdi
Türkiyənin müdafiə naziri Yaşar Gülər Kürdüstan Fəhlə Partiyasından (PKK) silahlı mübarizəni dayandırmağı və silahları təhvil verməyi tələb edib. Nazir bildirib ki, təşkilatın silahlı dəstələri Suriyada və digər bölgələrdə fəaliyyətinə son qoymalıdır.
Yaşar Gülərin sözlərinə görə, bu çağırış təkcə PKK-ya deyil, həmçinin Suriya Demokratik Qüvvələrinə (SDQ) və digər silahlı qruplaşmalara da ünvanlanıb.
Nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə “Terrordan azad Türkiyə” proqramının icrasına start verilib və Ankara bu prosesin uğurla başa çatmasını hədəfləyir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə tərəfi SDQ-ni Dəməşq hökumət qüvvələri ilə birləşməyə çağırmışdı. Urbaninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan isə prosesin hərbi güc tətbiq edilmədən başa çatacağına ümid etdiyini bildirmişdi.