Pavel Durov: Telegram Rusiya kapitalından asılı deyil
![]()
Telegram messencerinin qurucusu Pavel Durov öz kanalında bəyan edib ki, platforma Rusiya kapitalından asılı deyil və bu barədə yayılan bəzi əsassız söz-söhbətlər həqiqəti əks etdirmir.
Durov bildirib ki, Telegram-ın 1,7 milyard dollar dəyərində son istiqraz yerləşdirməsində rus investorları iştirak etməyib. O əlavə edib ki, 2021-ci ildə buraxılmış köhnə istiqrazlar əsasən ödənilib və artıq problem yaratmır.
“İstiqraz sahibləri səhmdar deyil və Telegram-ın qərarlarına heç bir təsir göstərmir. Mən tək səhmdaram”, – deyə Durov vurğulayıb.
Financial Times qəzeti 6 yanvar tarixli məlumatında yazır ki, Telegram Rusiyada bəzi istiqrazlarının dondurulması səbəbindən təxminən 500 milyon dollar maliyyələşdirməyə çıxış imkanını itirib. Şirkət investorları məlumatlandırıb ki, dondurulmuş istiqrazlar vaxtında ödəniləcək, lakin rus sahiblərə faktiki ödənişlər agent və depozitarın qərarından asılı olacaq.
Urbaninfo.az xəbər verir ki, Durov dəfələrlə Telegram-ı qlobal şirkət kimi təqdim etmək istədiyini bildirib və rus hakimiyyətindən asılılığı təkzib edib. Telegram-ın mərkəzi Dubayda yerləşir, Durov isə Rusiyanı 2014-cü ildən tərk edib.