ABŞ-da kompüter uşaqı güldən qorudu: güllə sistem blokunda dayandı

ABŞ-da üç yaşlı uşaq, kompüter sayəsində güllədən xilas olub. Reddit istifadəçisi və uşağın atası theonlyalankay yazıb ki, naməlum şəxslər evinə bir neçə dəfə atəş açıb. Onlardan biri uşağın LEGO ilə oynadığı oturma otağına daxil olub, lakin güllə sistem blokuna dəyərək dayanıb və yalnız havalandırma panelində deşik açıb.
Urbaninfo.az xəbər verir ki, polis üç gülləni aşkarlayıb — divarda, qapı çərçivəsində və kompüterin korpusunda. Hadisənin səbəbləri hələ araşdırılır, atanın sözlərinə görə, atəş açmaqda onun keçmiş həyat yoldaşı rol oynamış ola bilər.
Kompüter isə zədələnməyib: yalnız fanat sıradan çıxıb, əsas komponentlər — yaddaş, anakart, video kart və prosessor — toxunulmayıb. Hadisə internetdə geniş maraq doğurub, istifadəçilər şərhlərdə hətta yaddaşın vəziyyətini soruşublar.