Sülh Şurası Birləşmiş Millətlər Təşkilatına alternativ kimi nəzərdə tutulmur

Vaşinqtonun təşəbbüsü ilə yaradılan Sülh Şurası Birləşmiş Millətlər Təşkilatına alternativ kimi nəzərdə tutulmur. Bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Marko Rubio açıqlama verib.
ABŞ rəsmilərinin sözlərinə görə, onların təşəbbüsü ilə formalaşdırılan Sülh Şurası BMT-ni əvəz edə biləcək bir qurum kimi qiymətləndirilmir.
“Bu, Birləşmiş Millətlər Təşkilatına alternativ deyil”, – deyə Marko Rubio bildirib.
Eyni zamanda, Dövlət Departamentinin rəhbəri BMT-nin Qəzza sektoru ilə bağlı vəziyyətə dair “çox az” addım atdığını vurğulayıb. Bununla belə, o, Qəzza sakinlərinə ərzaq yardımının göstərilməsinin əhəmiyyətini də etiraf edib.
Xatırladaq ki, Sülh Şurasının nizamnaməsi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində dünyanın 19 ölkəsinin nümayəndələri tərəfindən imzalanıb.