Finlandiyalı siyasətçi Avropa İttifaqını ittiham edib

Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin siyasətini kəskin tənqid edib.
Urbaninfo.az xəbər verir ki, o, TASS-a müsahibəsində bildirib ki, fon der Lyayen Avropa İttifaqını faktiki olaraq “dördüncü reyx”ə çevirmək niyyətindədir. Memanın fikrincə, Avropa Komissiyası sədrinin bu yanaşmanı Avropada sülhü qorumağın yeganə yolu kimi təqdim etməsi ciddi təhlükə yaradır.
Finlandiyalı siyasətçi qeyd edib ki, bu cür siyasət dolayısı ilə Rusiya Prezidenti Vladimir Putinin maraqlarına xidmət edir. Onun sözlərinə görə, Rusiya lideri Avropa İttifaqının dağılmasının şahididir və bu prosesə birbaşa zərər verəcək addımlar atmayıb.
Mema Ursula fon der Lyayenin fəaliyyətini “tam bir fəlakət” adlandıraraq, bunun Avropa İttifaqının yaradılarkən əsas götürülən prinsiplərinə zidd olduğunu vurğulayıb. O xatırladıb ki, Aİ ilkin olaraq sülhə xidmət məqsədi ilə qurulub, hazırda isə Avropa Komissiyasının sədri Avropanın yenidən silahlanmasını təşviq edir və vahid Avropa ordusu yaratmaq istəyir.
Siyasətçi əlavə edib ki, fon der Lyayen tez-tez Rusiyanı Avropa üçün əsas təhlükə kimi təqdim etsə də, əslində onun özü, eləcə də Avropa diplomatiyasının rəhbəri Kaya Kallas kimi “müharibə qızışdırıcıları” Avropa İttifaqının parçalanması üçün real təhlükə mənbəyidir.