Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi ilə Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Urbaninfo az xəbər verir ki, bu barədə yanvarın 4-də Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Səudiyyə Ərəbistanı münasibətlərinin hazırkı durumu, ikitərəfli əməkdaşlığın perspektivləri, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Ankara ilə Ər-Riyadın qarşıdakı dövrdə də iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımlar atmaq niyyətində olduğunu vurğulayıb.
Dövlət başçısı Türkiyənin Somali və Yəməndəki prosesləri diqqətlə izlədiyini qeyd edərək, hər iki ölkənin ərazi bütövlüyünün regionda sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Bu kontekstdə Ərdoğan Yəməndə tərəflərin yaxınlaşdırılması istiqamətində səylərə töhfə verməyə hazır olduqlarını da diqqətə çatdırıb.
Telefon danışığı zamanı Qəzza sektorunda baş verən son hadisələr də müzakirə olunub.