Bloomberg: MAQATE müfəttişləri hələ də İranın nüvə obyektlərinə buraxılmır
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin ölkənin əsas nüvə obyektlərinə girişinə hələ də icazə vermir. Agentliyin baş direktoru Rafael Qrossi Tehrandan müfəttişlərə dərhal giriş təmin etməsini tələb edib.
Bloomberg-in məlumatına görə, MAQATE əməkdaşları İsrail və ABŞ-ın hücumları nəticəsində zərər görmüş İsfahan, Natanz və Fordodakı nüvə obyektlərini hələ də yoxlaya bilməyiblər.
Qrossi İranın nüvə obyektlərində sonuncu dəfə yoxlanılan 400 tondan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın taleyi ilə bağlı ciddi narahatlığını ifadə edib. MAQATE-nin məlumatına görə, bu materiallar hərbi əməliyyatlardan əvvəl agentliyin müfəttişləri tərəfindən yoxlanılıb.
Agentlik İranın zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti və yerləşdiyi yer barədə lazımi məlumatları əldə edə bilmədiyini bildirir. Sentyabrın 1-də yayılan son hesabatda da İranla bağlı əvvəlki dövrlə müqayisədə irəliləyiş olmadığı qeyd edilib.
**Qrossi Tehrana çağırış edərək MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə dərhal şərait yaradılmasını tələb edib.**
