İlham Əliyev və Nikol Paşinyan sülh prosesinin möhkəmləndirilməsi üzrə razılığa gəliblər
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşüblər.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, davamlı sülhün möhkəmləndirilməsi və regionda bağlantıların inkişaf etdirilməsi istiqamətində birbaşa ikitərəfli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyişlərin davam etdirilməsi və qarşılıqlı etimadın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan, həmçinin parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin iki ölkə arasında etimad mühitinin formalaşdırılmasına verdikləri töhfəni qeyd ediblər.
Tərəflər onların iştirakı ilə keçirilən etimad quruculuğu xarakterli təmasları müsbət qiymətləndirərək, bu cür təşəbbüslərin daha geniş sülh gündəliyinin dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Görüş bir daha göstərir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq regionda davamlı sülhün təmin olunması və münasibətlərin normallaşdırılması istiqamətində əsas mexanizmlərdən biri olaraq qalır.
