Prezident İlham Əliyev İraq Kürd Regional Muxtariyyətinin baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində İraq Kürd Regional Muxtariyyətinin baş naziri Məsrur Bərzani ilə görüşüb.
Görüş zamanı Azərbaycanın Ərbil şəhərində baş konsulluq açmaq niyyəti müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ərbildə Baş Konsulluğun açılmasına hazırdır və bu istiqamətdə atılacaq addımlar tərəflər arasında ətraflı şəkildə nəzərdən keçirilib.
Danışıqlar zamanı, həmçinin ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən investisiya əlaqələrinin gücləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıblar.
Məsrur Bərzani Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını təsdiqləyib. O, eyni zamanda bölgədə artan hərbi gərginlikdən və Suriyada davam edən silahlı toqquşmalardan narahatlığını ifadə edib.
Urbaninfo.az