Əminə Ərdoğan Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə telefonla zəng edib.
Əminə Ərdoğan telefon danışığı zamanı Mehriban Əliyevanı təbrik edərək ona möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Türkiyənin birinci xanımı xüsusilə Mehriban Əliyevanın xeyriyyəçilik sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.
Əminə Ərdoğan Mehriban Əliyevanın humanitar və xeyriyyəçilik təşəbbüslərinin beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Mehriban Əliyeva təbrikə görə Əminə Ərdoğana təşəkkürünü bildirib. Söhbət zamanı tərəflər əvvəlki görüşlərini də xoş təəssüratlarla xatırlayıblar.
Telefon danışığında Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
