AAYDA, bu yolların axırı hara gedir?
Bir neçə ay əvvəl AAYDA-ya yeni sədr təyin olunanda qurumda genişmiqyaslı yoxlamaların başladığı barədə məlumatlar mediada geniş yayıldı. Həmin vaxt cəmiyyətdə haqlı olaraq belə bir gözlənti yarandı ki, yol təsərrüfatında illərdir yığılıb qalan problemlər araşdırılacaq, nöqsanlar üzə çıxarılacaq və nəticədə konkret addımlar atılacaq. Amma bu günə qədər həmin yoxlamaların nəticələri ilə bağlı cəmiyyətə ətraflı və aydın məlumat verilməyib.
Hansı nöqsanlar aşkarlandı? Dövlət vəsaitinin xərclənməsi ilə bağlı hər hansı problem müəyyən edildimi? Podratçı şirkətlərin fəaliyyəti araşdırıldımı? Keyfiyyətsiz görülmüş işlərlə bağlı məsul şəxslər müəyyənləşdirildimi?
Bu sualların cavabı xüsusilə ona görə vacibdir ki, söhbət dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilən yol layihələrindən gedir.
Bu gün isə başqa bir mənzərə ilə qarşılaşırıq.
AAYDA yol çəkir, AYNA isə həmin yolda hərəkətin təşkilinə cavabdehdir. Amma bəzi yeni çəkilən yollara baxanda adamın ağlına ilk gələn sual budur: AYNA burada xətti necə çəkəcək?
Düz yol yoxdur ki, xətt də düz çəkilsin. Dərə, təpə, eniş, yoxuş...
Hələ bir müddət əvvəl avtobusların hərəkət sxemləri dəyişdiriləndə bununla bağlı ciddi narazılıqlar vardı. İndi isə yeni yolların vəziyyətinə baxanda sual yaranır: bu yollar layihələndirilərkən gələcəkdə həmin ərazidə ictimai nəqliyyatın, hərəkət təhlükəsizliyinin və yol nişanlanmasının necə təşkil olunacağı nəzərə alınırmı?
Məsələn, XİN istiqamətində çəkilən yeni yola baxırsan, yolun forması ilə bağlı suallar yaranır. Əgər yol bu vəziyyətdədirsə, AYNA sabah burada avtobus marşrutunu necə təşkil edəcək? Yol nişanlanması və xətləmə necə aparılacaq?
Bütün bunlar bir-birindən ayrı məsələlər deyil. Yol tikintisi, yolun təhlükəsizliyi, nişanlanma, xətləmə və ictimai nəqliyyat vahid sistemin hissələridir.
Ona görə də AAYDA-dan sadəcə “yol çəkildi” məlumatı yox, həmin yolun hansı standartlara uyğun layihələndirildiyi, hansı şirkət tərəfindən tikildiyi, işlərin keyfiyyətinə kimin nəzarət etdiyi və dövlət vəsaitinin necə xərcləndiyi barədə də məlumat gözləmək vətəndaşın haqqıdır.
Maliyyə Nazirliyinə də sual ünvanlamaq istəyirəm: AAYDA-da aparıldığı bildirilən yoxlamaların nəticəsi nə oldu?
Cəmiyyət nəticəni bilməlidir.
Çünki dövlət büdcəsi heç kimin şəxsi pulu deyil. Orada Azərbaycan vətəndaşının vergisi var.
Dağıtmaq asandır. Tikmək, keyfiyyətli tikmək və dövlət vəsaitinə qənaətlə yanaşmaq isə məsuliyyətdir.
AAYDA və Maliyyə Nazirliyi bu suallara cavab verməlidir. Susmaq isə cəmiyyətdə yaranan sualları daha da artırır.
Maraqlıdır, nə yoxlanıldı və nəticəsi nə oldu?
Hansı nöqsanlar aşkarlandı? Dövlət vəsaitinin xərclənməsi ilə bağlı hər hansı problem müəyyən edildimi? Podratçı şirkətlərin fəaliyyəti araşdırıldımı? Keyfiyyətsiz görülmüş işlərlə bağlı məsul şəxslər müəyyənləşdirildimi?
Əgər yoxlamalar aparılıbsa, onların nəticələrinin ictimaiyyətə açıqlanması niyə təmin olunmur?
Bu sualların cavabı xüsusilə ona görə vacibdir ki, söhbət dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilən yol layihələrindən gedir.
Bu gün isə başqa bir mənzərə ilə qarşılaşırıq.
AAYDA yol çəkir, AYNA isə həmin yolda hərəkətin təşkilinə cavabdehdir. Amma bəzi yeni çəkilən yollara baxanda adamın ağlına ilk gələn sual budur: AYNA burada xətti necə çəkəcək?
Düz yol yoxdur ki, xətt də düz çəkilsin. Dərə, təpə, eniş, yoxuş...
Hələ bir müddət əvvəl avtobusların hərəkət sxemləri dəyişdiriləndə bununla bağlı ciddi narazılıqlar vardı. İndi isə yeni yolların vəziyyətinə baxanda sual yaranır: bu yollar layihələndirilərkən gələcəkdə həmin ərazidə ictimai nəqliyyatın, hərəkət təhlükəsizliyinin və yol nişanlanmasının necə təşkil olunacağı nəzərə alınırmı?
Məsələn, XİN istiqamətində çəkilən yeni yola baxırsan, yolun forması ilə bağlı suallar yaranır. Əgər yol bu vəziyyətdədirsə, AYNA sabah burada avtobus marşrutunu necə təşkil edəcək? Yol nişanlanması və xətləmə necə aparılacaq?
Bütün bunlar bir-birindən ayrı məsələlər deyil. Yol tikintisi, yolun təhlükəsizliyi, nişanlanma, xətləmə və ictimai nəqliyyat vahid sistemin hissələridir.
Ona görə də AAYDA-dan sadəcə “yol çəkildi” məlumatı yox, həmin yolun hansı standartlara uyğun layihələndirildiyi, hansı şirkət tərəfindən tikildiyi, işlərin keyfiyyətinə kimin nəzarət etdiyi və dövlət vəsaitinin necə xərcləndiyi barədə də məlumat gözləmək vətəndaşın haqqıdır.
Maliyyə Nazirliyinə də sual ünvanlamaq istəyirəm: AAYDA-da aparıldığı bildirilən yoxlamaların nəticəsi nə oldu?
Cəmiyyət nəticəni bilməlidir.
Çünki dövlət büdcəsi heç kimin şəxsi pulu deyil. Orada Azərbaycan vətəndaşının vergisi var.
Dağıtmaq asandır. Tikmək, keyfiyyətli tikmək və dövlət vəsaitinə qənaətlə yanaşmaq isə məsuliyyətdir.
AAYDA və Maliyyə Nazirliyi bu suallara cavab verməlidir. Susmaq isə cəmiyyətdə yaranan sualları daha da artırır.
Sosial şəbəkələrdə paylaş
