DİN-dən inspektor-tərcüməçi vəzifələrinə xidmətə qəbul elan edildi
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə elan edib.
Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirmiş, 20–30 yaş aralığında, Azərbaycan Respublikasının vətəndaşı olan, Bakı şəhərində qeydiyyatda olan və yaşayan şəxslər iştirak edə bilərlər.
Həqiqi hərbi xidmət müddətini tam başa vurmuş olmaq tələb olunur. Bu tələb qadın namizədlərə şamil edilmir.
Namizədlərin xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlər, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik olması tələb olunur. Tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə müsabiqə zamanı üstünlük veriləcək.
Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən edilmiş normativlərə uyğun olaraq yoxlanılacaq.
Sənədlər nə vaxt və necə təqdim edilməlidir?
Namizədlər 20 avqust 2026-cı ildən 20 oktyabr 2026-cı ilədək DİN-in rəsmi internet saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmalı və qısa anket məlumatlarını bki@mia.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Ətraflı məlumatla DİN-in rəsmi internet saytında yerləşdirilən elan vasitəsilə tanış olmaq mümkündür:
Əlavə məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:
(012) 590-80-66
(012) 590-98-37
(012) 590-93-64
(012) 590-97-52
(012) 590-94-12
(012) 590-83-69
(012) 590-80-63
Sosial şəbəkələrdə paylaş
