İran “Şimal–Cənub” və “Şərq–Qərb” nəqliyyat dəhlizlərinin sürətləndirilməsinə önəm verir

İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən görüşdə “Şimal–Cənub” və “Şərq–Qərb” beynəlxalq nəqliyyat dəhlizləri üzrə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Urbaninfo.az xarici kiv-lərə istinadla bildirir ki, dövlət başçısı bildirib ki, hazırda əsas işlər ölkənin Yol və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilir, bu məqsədlə iri daxili və xarici kreditlərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, infrastruktur layihələrinin icrasını sürətləndirmək üçün tikinti sektorundakı mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Prezident Pezeşkian qeyd edib ki, İran “Şimal–Cənub” dəhlizində üç əsas marşrutun kəsişməsində yerləşməklə mühüm tranzit rol oynayır. Bu dəhlizin əsas məqsədi isə Hindistandan Rusiya və Avropaya yükdaşımaların müddətini iki dəfə azaltmaqdır.