ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib
ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı açıqlamada bildirilib. Qərara əsasən, İrana qarşı sanksiyalar çərçivəsində 21 fiziki və hüquqi şəxs, həmçinin bir tanker məhdudiyyətlər siyahısına daxil edilib. Onların Yəmənin şimalında fəaliyyət göstərən şiə hərbi-siyasi hərəkatı “Ənsar Allah” (husilər) ilə əlaqədə olduqları qeyd olunur.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonunda İranda milli valyuta – rialın kəskin dəyərdən düşməsi fonunda kütləvi etiraz aksiyaları başlayıb. Buna cavab olaraq ölkə hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçıların dağıdılması üçün gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Tehran baş verən iğtişaşlarda xarici qüvvələri ittiham edir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, etirazların təşkilində ABŞ və İsrailin rolu var.
ABŞ Prezidenti Donald Tramp isə iranlıları etirazları davam etdirməyə çağıraraq, “yardımın artıq yolda olduğunu” bəyan edib.
Urbaninfo.az
