İranda kütləvi etirazlar demək olar ki, yatırılıb – yeni həbs dalğası başladı

İran hakimiyyəti ölkə üzrə baş qaldıran kütləvi etirazları genişmiqyaslı güc tətbiqi ilə demək olar ki, tam nəzarət altına alıb. “Reuters” agentliyinin məlumatına görə, ölkədə vəziyyət stabilləşməyə başlayıb.
Buna baxmayaraq, yanvarın 16-da hökumət etirazçılara qarşı kütləvi həbsin yeni dalğasını elan edib. Hazırda internet hələ də məhdudlaşdırılıb, lakin bəzi sakinlər xaricə məlumat ötürə biliblər. Onların sözlərinə görə, yanvarın 11-dən bəri Tehranda küçələr boşdur və vəziyyət dronlarla izlənilir.
İnsan haqları təşkilatları, xüsusilə “Hengaw”, əvvəlki etiraz mərkəzlərinə çoxlu sayda hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini bildirir. İranın “Tasnim” agentliyi isə iğtişaşlarda iştirak etdiyi iddia olunan bir neçə min nəfərin saxlanıldığını təsdiqləyib.
Etirazların pik həddində bəzi şəhər və rayonlarda nümayişçilər qismən nəzarəti ələ keçirdiklərini açıqlamışdılar.
Urbaninfo.az