Qarabağda minlərlə sakinin məşğulluğu və sosial təminatı gücləndirilib
İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası yalnız yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması ilə məhdudlaşmır. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən vətəndaşların məşğulluğunun təmin edilməsi, sosial rifahının yüksəldilməsi və əmək bazarına inteqrasiyası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Urbaninfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzurda əmək, məşğulluq və sosial müdafiə sahələrində genişmiqyaslı işlər görülür.
Bu tədbirlər sırasında Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq köçürülən sakinlərin Nazirlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunması əsas yer tutur.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sakinlər hələ köçürülməzdən əvvəl onlarla iş aparılır, məşğulluq imkanları qiymətləndirilərək təhlil edilir. Bundan sonra şəxsin münasib işlə təmin olunması, özünüməşğulluq proqramına və ya peşə hazırlığına cəlb olunması üçün müvafiq tədbirlər görülür.
Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən əmək qabiliyyətli olanlardan 9500-dək şəxsin məşğulluğu təmin edilib.
Köçürülmüş sakinlərdən 800-dən çox şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri qurulub. Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.
Həmçinin əmək bazarının tələblərinə uyğun ixtisas və bacarıqlara yiyələnməsi üçün Nazirlik tərəfindən sakinlərin peşə hazırlığına cəlb olunması da həyata keçirilir. Ötən dövrdə onlardan 432 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir. Peşə kursları Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən, həmçinin özəl tədris müəssisələri ilə də əməkdaşlıq çərçivəsində təşkil olunur.
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatında sakinlərə işəgötürənlərlə birbaşa ünsiyyət imkanı yaradan əmək yarmarkaları da əhəmiyyətli rola malikdir. Ötən dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin ərazilərdə 35 əmək yarmarkası, 1 peşə yarmarkası keçirilib. Qeyd olunan aktiv məşğulluq tədbirləri işəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində daim genişləndirilir.
Nazirlik tərəfindən həmin ərazilərdə əmək hüquqları sahəsində işəgötürənlərin və işçilərin maarifləndirilməsi məqsədilə tədbirlər də həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ANAMA və digər sosial tərəfdaşlarla birgə əmək hüquqları, əməyin mühafizəsi, habelə mina təhlükəsizliyi üzrə 2023-2025-ci illərdə 9700-dək şəxsi əhatə edən 115 tədbir keçirilib.
Bu ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər birdəfəlik müavinətlə (600 manat), hər il 5 gün əlavə məzuniyyətlə, aylıq vəzifə maaşına əlavələrlə təmin olunurlar. İşəgötürənlər tərəfindən işçilər üçün ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması da həyata keçirilir.
Bunlarla yanaşı, sakinlərin sosial məsələlərinin həlli üçün həmin ərazilərdə sosial infrastruktur şəbəkəsi də genişlənməkdədir. Ötən dövrdə Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi yaradılmışdır. 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, 2025-ci ildə Kəlbəcərdə və Füzulidə DOST məntəqələri açılıb. Bu ilin yanvar ayında isə Mərkəzin Tərtər DOST filialı da fəaliyyətə başlayıb. Hazırda həmin ünvanlarda vətəndaşlara şəffaf, operativ və “bir pəncərə”dən xidmətlər göstərilir.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər yalnız insanların doğma torpaqlarına qayıdışını deyil, həm də onların dayanıqlı məşğulluq, sosial təminat və rifah şəraitində yeni həyat qurmasını hədəfləyir. Qarabağda minlərlə insan iş və gəlir imkanına qovuşub.
Elnurə Abuşova

Sosial şəbəkələrdə paylaş