Azərbaycanın pasportu daha güclü mövqeyə sahib oldu

Azərbaycan “Henley & Partners” beynəlxalq konsaltinq şirkətinin 2026-cı il üçün yenilənmiş Pasport Reytinqində 3 pillə irəliləyərək 67-ci sıraya yüksəlib.
Reytinqə görə, Azərbaycan vətəndaşları artıq 70 ölkəyə vizasız, gəlişdə viza və ya elektron viza ilə səfər edə bilirlər.
Qeyd olunmalıdır ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən yaradılan “Beynəlxalq sazişlər üzrə” işçi qrupun fəaliyyəti nəticəsində qarşılıqlı vizasız səfər imkanları artırılıb, beynəlxalq sazişlərin sayı genişləndirilib və institusional islahatlar aparılıb. Bu tədbirlər Azərbaycanın pasportunun beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verir.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş