Kiyevdə istilik sistemi tam sıradan çıxsa, əhali üçün evakuasiya mümkündür – deputat

Ukraynanın paytaxtı Kiyevdə istilik sisteminin tamamilə sıradan çıxması halında əhalinin evakuasiyasının elan edilə biləcəyi barədə məlumat verilib. Bu barədə “Новости Live” YouTube-kanalında Verxovnaya Rada deputatı Boqdan Kitsak bildirib.
Deputatın sözlərinə görə, əgər şəhərin istilik problemi daha da dərinləşsə, yaşayış məhəllələri və binaların enerji şəbəkələri sırayla sıradan çıxa bilər və sistemin tam paraliziya vəziyyətinə düşməsi mümkündür. Belə halda tək çıxış yolu əhalini evakuasiya etmək və infrastrukturu sıfırdan modernləşdirməkdir. Hazırda şəhər hakimiyyəti Kiyev sakinləri ilə bu ehtimal olunan evakuasiya barədə kommunikasiya aparmır.
13 yanvar tarixində yerli Telegram-kanallar şəhərdə demək olar ki, tam qaranlıq (blackout) olduğunu xəbər verib. Eyni gün Kiyev meri Vitaliy Kliçko açıqlayıb ki, yüzlərlə çoxmənzilli binada istilik sistemi dayanıb. Elektrik enerjisi çatışmazlığı artıb, kritik infrastruktur obyektlərinin fəaliyyəti də çətinliklərlə üzləşib.
Qeyd edək ki, keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın energetika infrastrukturu və hərbi-sənaye kompleksinə genişmiqyaslı zərbə endirib.
Urbaninfo.az