Yeni Dövlət Proqramı su idarəçiliyini gücləndirəcək

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədən sonra Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin inkişafını əhatə edən 2026–2035-ci illər üzrə Dövlət Proqramı təsdiqlənib.
Urbaninfo.az xəbər verir ki, Proqramın əsas məqsədi su infrastrukturunun yenilənməsi, intensiv yağıntılar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının möhkəmləndirilməsidir. Sənədin icrası çərçivəsində mövcud şəbəkələrin mərhələli şəkildə yenilənməsi, müasir texnologiyaların tətbiqi və su itkilərinin minimuma endirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində su ehtiyatlarının daha səmərəli idarə olunması, ekoloji dayanıqlığın gücləndirilməsi və Bakı şəhərinin uzunmüddətli inkişaf planlarına uyğun müasir su xidmətlərinin təmin edilməsi hədəflənir