BMT: Cənubi Qafqaz ölkələrində iqtisadi artım davam edəcək

BMT-nin yeni ikiillik proqnozuna görə, Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda – real ÜDM artımı 2,7%-dən 5,4%-ə qədər olacaq.
2026 və 2027-ci illərdə region ölkələrində iqtisadi artımın davam edəcəyi bildirilib. Azərbaycan üçün proqnoza görə, real ÜDM 2026-cı ildə 2,7%, 2027-ci ildə isə 2,6% artacaq. Ermənistanda həm 2026, həm də 2027-ci il üçün real ÜDM artımı 4,8% səviyyəsində gözlənilir.
Gürcüstanda isə ən yüksək iqtisadi artım gözlənilir: 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 5% proqnozlaşdırılır. Ermənistan üçün inflyasiya göstəricisi 2026-cı ildə 3,1%, 2027-ci ildə isə 2,7% səviyyəsindədir.
Sosial şəbəkələrdə paylaş