Boyun damarlarının daralması ciddi xəbərdarlıqdır

Tez-tez baş ağrısı, başgicəllənmə, gözlərdə qəfil bulanıqlıq, qulaqda səslər və eşitmə problemləri boyun damarlarının daralmasının əlamətləri ola bilər. Urbaninfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq “SM-Klinika”nın baş nevroloqu Kirill Almazov xəbərdarlıq edib.
Almazovun sözlərinə görə, insanlar bu simptomları tez-tez yorğunluq, stress və ya yuxusuzluqla izah etməyə çalışırlar, amma əslində onlar damar problemlərindən qaynaqlana bilər. Xüsusilə diqqət yetirilməli olan əlamətlərdən biri də konsentrasiya və yaddaş pozğunluqlarıdır – beynə kifayət qədər oksigen və qida maddəsi çatmadıqda yaddaş və diqqət zəifləyə bilər.
Diaqnoz üçün nevroloqla məsləhətləşmək vacibdir. Həkim şikayətləri dinləyir, baxış keçirir və uyğun müayinə təyin edir:
Boyun damarlarının ultrasəs (UŞD) skaninqi,
Baş beyin damarlarının transkranial ultrasəs.
Müalicə səbəbdən asılıdır:
Əgər damar daralması aterosklerotik lövhələrdən irəli gəlirsə, kardioloq müalicə təyin edir, həyat tərzi və qidalanma məsləhətləri verir, ciddi hallarda cərrahi müdaxilə lazım ola bilər.
Əgər səbəb əzələ spazmları və ya onurğa dəyişiklikləridirsə, nevroloq müalicəni idarə edir – əzələ gevşedicilər, beyin qan dövranını stimullaşdıran dərmanlar, masaj və gimnastika əsas terapiya olur.
Əlamətləri görən kimi gecikmədən həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır