İranda internet bağlantısında ciddi problemlər yaranıb

İranda internet bağlantısında genişmiqyaslı problemlər müşahidə olunur. Urbaninfo.az xəbər verir ki, beynəlxalq internet monitorinq xidməti NetBlocksin yaydığı məlumata görə, ölkənin paytaxtı Tehran başda olmaqla bir sıra bölgələrdə internetə çıxış kəsilib.
Xidmətdən bildirilib ki, bir neçə internet provayderi eyni vaxtda fəaliyyətini dayandırıb, nəticədə istifadəçilər bağlantı problemi ilə üzləşiblər. NetBlocks vəziyyətin real vaxt rejimində izlənildiyini açıqlayıb.
Hazırda İran hakimiyyəti tərəfindən internetdəki mümkün məhdudiyyətlərlə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, İranda son bir həftə yarımdır, daha dəqiq desək, ötən ilin 29 dekabrından etibarən etiraz aksiyaları keçirilir. Aksiyalar ilk olaraq Tehranda ticarətçilərin İran rialının dəyərdən düşməsinə etirazı ilə başlayıb və daha sonra ölkənin müxtəlif bölgələrini əhatə edib.