“NB Qrup” ASC deputatın kürəkəninə həvalə olunub
“NB Qrup” ASC deputatın kürəkəninə həvalə olunub.
Xaricdə yaşayan bloger Cavanşir Həsənli bildirib ki, Ruslan Eyyubovun həbsindən sonra daha bir şirkət — “NB Qrup” ASC deputat Eldar İbrahimovun kürəkəni Samir Qibləliyevə verilib.
Məlumata görə, “NB Qrup” ASC 2004-cü ildə təsis edilib və 6 hektarlıq ərazini əhatə edir. Şirkətin tərkibində 10 zavod fəaliyyət göstərir.
Bundan əvvəl isə Bəylər Eyyubovun qardaş oğlu faktiki rəhbər olduğu “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASCnin baş direktor və qanuni təmsilçisi vəzifəsi ona həvalə edilmişdi.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş
