İdrak Liseyində müəllimə güllələnib
Bu gün Bakıda bir müəllimə güllələnib.
Hadisə Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.
Liseyin riyaziyyat müəlliməsi Şəhla Kərimova 10-cu sinif şagirdi tərəfindən odlu silahla vurulub. Güllə müəllimənin boyun nahiyəsindən dəyib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, şagird saxlanılıb. Bildirilib ki, məktəbli hadisəni atasına məxsus ov silahı ilə törədib.
Liseyin rəhbəri Mönsüm Alışov deyib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Şahidlərin bildirdiyinə görə, hadisə tənəffüs vaxtı baş verib.
TƏBİB-dən bildirilib ki, müəllimə hospitalizasiya edilib, onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başladılılb.
Sosial şəbəkələrdə paylaş
