Binədə qadın qətlə yetirildi
Hadisə anı avtobusdan lentə alınıb
Dünən saat 21 radələrində Bakının Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin qətlə yetirilməsinin görüntüləri yayılıb.
Hadisə anı vətəndaşlardan biri tərəfindən avtobusun pəncərəsindən mobil telefonla lentə alınıb.
Görüntülərdən məlum olur ki, Binə qəsəbəsində Ə.İsazadə küçəsində yerləşən binanın qarşısında 1986-cı il təvəllüdlü Müseyib Əhmədov 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə çoxsaylı xəsarətlər yetirib.
Bıçaq xəsarətləri alan qadını hadisə şahidləri şübhəlinin əlindən çətinliklə alaraq xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Fatimə Rəhmanzadənin həyat yoldaşı Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.
