Qaradağda yük maşını aşıb
Qəza nəticəsində 3 nəfər həyatını itirib
Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində olub.
“Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı dəmir maneəyə çırılaraq aşıb.
Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürət həddini və ara məsafəsini gözləməyə, sükan arxasında diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırıb.
Həmçinin avtomobilin texniki vəziyyətinin səfərdən əvvəl yoxlanılması, yorğun və yuxusuz halda nəqliyyat vasitəsinin idarə edilməməsi tövsiyə olunub.
