Qubada 19 kiloqram narkotik götürüldü
Əvvəllər məhkum olunmuş iki şəxs saxlanılıb
Quba rayonunda polis tərəfindən keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.
Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbir zamanı əvvəllər məhkum olunmuş R. Əliyev və S. Talıbov tutulublar.
Onlardan 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı əsasında hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə paylaş
