Dişini çəkdirən qadın öldü
Bakıda diş çəkdirdikdən sonra səhhəti ağırlaşan qadın dünyasını dəyişib.
“Baku TV”nin məlumatına görə, 1981-ci il təvəllüdlü Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib.
Mərhumun bacısı Cəmilə Mahmudova stomatoloq Samir Novruzovun dişi çəkdikdən sonra Leyla Əhmədovanın vəziyyətinin kəskin pisləşdiyini bildirib. Ailə hadisədə həkim məsuliyyətsizliyinin olduğunu iddia edir.
Daha sonra qadın Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. O, həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunub və Reanimasiya şöbəsində müalicə alıb.
Leyla Əhmədova sentyabrın 6-da vəfat edib.
Sosial şəbəkələrdə paylaş
