Şirvanda külli miqdarda narkotik dövriyyəsinin qarşısı alınıb

Şirvan şəhərində polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Araşdırmalar zamanı C.Paşayevdən ümumi çəkisi 2 kiloqrama yaxın olan narkotik vasitə götürülüb. Faktla əlaqədar cinayət işi açılıb, toplanmış materiallar məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş