
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan M.Mirzəyev polis tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Bildirilib ki, əvvəllər qəsdən adamöldürmə, qanunsuz odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum olunmuş M.Mirzəyev tabel silahının tətbiqi ilə zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança götürülüb.
Faktla bağlı araşdırma aparılır.