Mehdiyevin məhkəməsi keçiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
İclas hakim Murad Aslanovun sədrliyi ilə baş tutacaq. İş üzrə Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274, 278.1 və 193-1.3.2-ci maddələri ilə ittiham olunur.
İttihamda onun dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn fəaliyyətdə iştirak etdiyi, həmçinin 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı bildirilir.
Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərin ittihamlarla bağlı mövqeyi və məhkəmənin yekun qərarı prosesin gedişində müəyyənləşəcək.
